Qlobal sülh axtarışında
27-06-2024, 14:25. Разместил: heqiqet
Məsum Kamal oğlu ƏliyevKürdəmir rayon
Karrar ailə-sağlamlıq Mərkəzinin bölmə müdiri
Bu günlər qlobal sülh, onun əldə olunması heç vaxt olmadığı kimi aktuallıq kəsb edir. Faktiki olaraq dünya III dünya müharibəsi ərəfəsindədir. Qlobal sülh axtarışında savaş predmeti ola biləcək ən vacib nyuanslar tezis-antitezis fomatında təqdim olunur.
Tezis I. İrqindən, dinindən, milliyətindən asılı olmayaraq insanlar bir-birinə dost, yoldaş, qardaşdırlar.
Antitezis I. İrqi, dini, milliyəti müxtəlif olduğu üçün insan qrupları biri-birinə antoqonist, rəqib, potensial düşməndirlər.
İrqi, dini, mədəni müxtəliflik tarixi inkişaf prosesində insan qruplarının müxtəlif coğrafi məkanlarda məskunlaşması ilə əlaqədar olub sırf xarici mühit amillətinin təsiri ilə formalaşmışdır. Fərd olmaq etibari ilə irqi, dini, milli, mədəni müxtəlif insanlar eyniyyət təşkil edir. Ona görə Tezis I qəbul olunmalıdır. Antitezis I qəbul olunmazdır, antihumanistdir, mürtəca ideoloqiyadır.

Tezis II. Təbiət bütün canlılara, o cümlədən insanlara eyni şəraiti təqdim edir. Sərbəst yaşamaq imkanını verir.
Antitezis II. Təbiət ədalətsizlik etmiş, bir qrup insanlara təbii sərvətlərə zəngin ərazilərdə yaxşı yaşamağı, digər qrup insanlara qeyri-zəngin, ərazilərdə pis şəraitdə yaşamağı təmin etmişdir. Əslində belə bölgü heç vaxt aparılmamışdır. Bu məsələ birbaşa məskunlaşma prosesi ilə əlaqədar qeyri iradi olaraq tarixi inkişaf prosesində formalaşmışdır. Ona görə Tezis II qəbul olunandır. Antitezis II yanlış olub, ideoloji əsaslı və qəbuledilməzdir.
Tezis III. Bütün dinlər ictimai şüur forması olaraq etibarı ilə eyni məqsədə, ətraf aləmin dərk olunması və dini dünyagörüşün formalaşmasına xidmət edir, aralarında antoqonist ziddiyətlər yoxdur.
Antitezis III. Müxtəlif dinlər biri-birinə antoqonist, rəqib, potensial düşməndir.
Ətraf aləmin dərk olunması elmi, dini, fəlsəfi və digər mənbələrdən qaynaqlanır. Bunların içərisində ən qədimi dini dünyagörüşü sayılır. Onun mövcudluğu içtimai və qnoseoloji köklərinin olması ilə əlaqədardır. Tarixdə dini zəmində qarşıdurmalar, münaqişələr çox sayda olmuşdur. Amma bunlar həmişə dinin özü ilə yox, onun ictimai kökləri ilə əlaqədar baş vermişdir.
Səmavi dinlərin arasında vahid dini dünyagörüşün formalaşmasında antoqonist ziddiyətlər mövcud deyil.
Tezis IV. Qloballaşma və reqionçuluq qarşıdurma subyektləri olmayıb eyni məqsədin davamlı inkişafı iki müxtəlif tərəfləridir.
Antitezis IV. Qloballaşma və regionçuluq qarşıdurma subyektləri olub, “qlobal güc”lərin regionlara müdaxiləsi, həmçinin regionlarda nüfuz üçün öz aralarında mübarizəsidir.
Ötən əsrin 60-70-ci illərində trasmilli şirkətlərin meydana çıxması surətli inkişafı ilə təşəkkül tapan qloballaşma, informasiya və kommunikasiya texnoloqiyalarının inkişafı ilə zənginləşmiş, hal-hazırda IV Sənaye inqilabi mərhələsini yaşayır. Transmilli şirkətlərin məzunu, məqsədi daha geniş regionaları əhatə etmək, regional inkişafı təmin etməkdir.
“Qloballaşma pərdəsi” altında “global güc”lərin regionlara müdaxiləsi 30 il işğal altında olan Azərbaycan ərazilərində mədəni irsin Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmasına görə Azərbaycan dövlətinin dəfələrlə nə fakt araşdırıcı missiyanın göndərilməsi tələbinə və 44 günlük Vətən müharibəsidən əvvəl, nə də sonra cavab verməmişdir.
Həyatın bədii vasitələrlə inkişaf forması olam mədəniyyət xalqların milli-mənəvi dəyərlərini, adət və ənənələrini, həyat tərzini, keçmişi və bu gününü maddi və qeyri-maddi şəkildə təqdim edir. Dövlətlər arasında mədəniyyət günlərinin keçirilməsi mütəşəkkil xarakter almalıdır. Halbuki belə tədbirləri barmaqla saymaq olur.
Dünya xalqlarının inteqrasiyası prosesində turizmin özünəməxsus yeri vardır. Əslində turizm hər bir dövlətin vizit kartıdır.
Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır prinsipini əsas götürənlər müqəddəs yerlər, tarixi məkanlar, görməli yerlər, muzeylər, qoruqlar, maddi və qeyri maddi mənəvi irsin nümunəsi ilə tanış olmaqla mövcud xalqın keçmişi, bu günü, adət-ənənələri, mədəniyyəti haqqında əyani məlumat əldə edirər.
Dünya dövlətlərini və xalqlarını hazırda bir araya gətirən, səylərin birləşməsini tələb edən zərurət iqlim dəyişikliklərinə qarşı mübarizə və ətraf mühitin qorunmasıdır.
18 iyun 2024-cü il
Вернуться назад