DataLife Engine > dunya > Ankarada ağır yol qəzasında azı 10 sərnişin həlak olub

Ankarada ağır yol qəzasında azı 10 sərnişin həlak olub


9-08-2024, 12:23. Разместил: heqiqet Avqustun 9-da səhər saatlarında Ankarada baş verən ağır yol qəzasında azı 10 nəfərin həlak olduğu, 25 sərnişinin xəstəxanaya çatdırıldığı bildirilir.
Ankara-Eskişehir marşrutu üzrə hərəkət edən avtobus yerli vaxtla saat 05:00-da Polatlı rayonunda yerüstü piyada keçidinin sütunlarına çırpılıb.
Ankara valisi Vasip Şahin 10 sərnişinin həlak olması xəbərini təsdiq edib. O deyib: “ Yolda əyləcə basılması izləri yoxdur. Görünür, sürücü sükan arxasında yuxulayıb. Qəzanın dəqiq səbəbini istintaq müəyyən edəcək”.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç insidentin araşdırılması ilə bağlı prokurorluq orqanına göstəriş verib.
Вернуться назад