DataLife Engine > tehsil / gundem > Aprel döyüşləri 2020-ci ildə qazanılan Zəfərin başlanğıcı idi

Aprel döyüşləri 2020-ci ildə qazanılan Zəfərin başlanğıcı idi


3-04-2025, 14:37. Разместил: heqiqet 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri iri miqyaslı təxribatlar törətmək niyyəti ilə ön xətt mövqelərə və yaşayış məntəqələrinə intensiv artilleriya atəşi ilə hücuma başladı. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Ordumuzun bölmələri hücumun qarşısını aldı, əks-hücumla düşməni geri çəkilməyə məcbur etdi. Bu döyüşlər hərb tariximizə Aprel döyüşləri kimi həkk olundu.
Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının, istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığının, döyüş hazırlığının fərqinin də təsdiqi oldu.
Aprelin 4-də düşmən itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi. Əraziyə yaxın yaşayış məntəqələrimiz intensiv atəşə tutuldu. Ordu hissələrimizin şücaətini görən düşmən döyüşə əlavə qüvvələr cəlb etmək istədi, buna nisbətən nail oldu, ancaq döyüşü davam etdirməyə nail ola bilmədi. Yüksək döyüş hazırlığına malik olan bölmələrimiz düşmənin strateji baxımdan əhəmiyyətli hərbi bazasının qərargahına və “erməni könüllülərini” daşıyan maşınlara tutarlı zərbələr endirdi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı, 320-dən çox düşmən məhv edildi, 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Bu döyüşlər bir daha təsdiqlədi ki, işğalın sonu yaxınlaşıb.
Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmayacaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu bəyanat Azərbaycan adından verilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla qeyd edirdi ki, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir: "Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Şanlı hərbi qələbəmiz olan Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bir daha nümayiş etdirdi.
Aprel döyüşləri Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu da təsdiqlədi. O günlərdə hər bir Azərbaycan vətəndaşı özünü ruhən döyüşlərdə hiss edirdi. Xalqımızın ərazi bütövlüyü uğrunda göstərdiyi birliyinin başlanğıcı Aprel döyüşləri oldu. Həmin günlərdə döyüşlərdə iştirak etmək üçün aidiyyəti qurumlara olunan müraciətlərin sayı-hesabı yox idi. Əli silah tuta biləcək hər bir vətəndaş işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşməyə hazır olduğunu göstərdi. Vətən müharibəsində düşməni əzmək üçün "Dəmir yumruğ"a çevrilən də bu xalq-ordu birliyi düşməni qorxuya salmaqla yanaşı, dünyanı heyrətə gətirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Müdafiə Nazirliyinin rəhbərliyinin təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.əmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa malikdir.
Aprel döyüşləri 2020-ci ildə qazanılan Zəfərin başlanğıcı idi
Ülviyyə Davud qızı Hacıyeva,
ADPU-nun Xarici Dillər Mərkəzinin müdiri, dosent

Вернуться назад