DataLife Engine > dunya > Çanaqqaladakı meşə yanğını nəzarət altına alınıb

Çanaqqaladakı meşə yanğını nəzarət altına alınıb


18-08-2025, 18:30. Разместил: heqiqet Türkiyənin Çanaqqala vilayətinin Gelibolu yarımadasında meşə yanğını tam nəzarət altına alınıb.

Bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı “Next Sosial” hesabında məlumat açıqlayıb.

Nazir paylaşımında meşələrin qorunmasının vacibliyini də vurğulayıb.
Вернуться назад