Azərbaycan cüdoçuları Macarıstanda 4 medal qazanıblar
18-08-2025, 18:32. Разместил: heqiqet
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycan cüdoçuları 1 qızıl və 3 bürünc medal əldə ediblər.
U-15 yaş kateqoriyasında Aqşin Bayramov (60 kiloqram) qızıl, Səttar Qədirov (42 kiloqram), Fərhad Quliyev (60 kiloqram) və U-13 yaş kateqoriyasında Fəxrim Məhərrəmov (42 kiloqram) bürünc medala yiyələniblər.
Beynəlxalq turnirdə 19 ölkədən 273 cüdoçu iştirak edib.
Вернуться назад