DataLife Engine > tehsil / gundem > Heydər Əliyevin kursunun ən fəal təmsilçilərindən biri- Mehriban xanım Əliyeva

Heydər Əliyevin kursunun ən fəal təmsilçilərindən biri- Mehriban xanım Əliyeva


26-08-2025, 19:00. Разместил: heqiqet Heydər Əliyevin kursunun ən fəal təmsilçilərindən biri- Mehriban xanım Əliyeva Mehriban xanım Əliyeva görkəmli siyasi xadimdir, yüksək təşkilatçı, bacarıqlı idarəçidir, ulu öndər Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçilərindəndir. Ən əsası isə böyük vətənpərvər və qadın hərəkatının lideridir! Ölkənin birinci xanımı istər ictimai, istərsə də siyasi fəaliyyətində daim ulu öndərin amallarını yaşadır və təbliğ edir. Bu amallara tapınan UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva son illərdəki əzmkar fəaliyyəti ilə məhz belə bir ucalığa yüksəlmiş, cəmiyyətdə böyük nüfuz, ən əsası isə insanların sonsuz məhəbbətini, etimadını qazanmışdır.Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ilk günlərdən həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt milli genefondun qorunması, saf duyğuların ictimai şüurda möhkəmlənməsi olmuşdur. Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncəsi ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Unutmayaq ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən deyil, zərif, incə təbiətli, həm də güclü, aydın təfəkkürə, təxəyyülə malik olan qadının-ölkənin Birinci xanımı Mehriban xanım Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir.
Aprel və Vərən müharibəsindəki döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin, respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqəti Mehriban xanımın necə insanpərvər və humanist olduğunun əyani sübutudur. O, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsinin dövlət rəhbərliyi üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacib məsələ olduğunu göstərdiyi diqqət və qayğı ilə bir daha nümayiş etdirir.
Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır. Ən əsası, onun fəaliyyəti Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban Əliyeva ona həvalə edilən bu vəzifəni layiqincə daşıyacaq.
Ümumiyyətlə, insan amilinin yüksəlişinə xidmət edən qlobal layihələri Heydər Əliyev ideyalarına sədaqətin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür. Şübhə yoxdur ki, fond butün sahələrdəki fəaliyyətini uğurla davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına söykənərək milli tərəqqi və intibah prosesinə layiqli töhfələrini verəcəkdir.
Son illər Heydər Əliyev Fondunun köməyi ilə tikilən məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması istiqamətində görülən möhtəşəm işlər, dünya mədəniyyətinə verdiyi töhfələr onu təkcə ictimai-siyasi xadim kimi yox, həm də görkəmli mədəniyyət hamisi kimi gözlərimizdə ucaldır. Mədəniyyətimizin köklərini minilliklərə bağlayan Mehriban xanım unudulmaqda, itib-batmaqda olan mədəniyyət incilərimizə həyat bəxş etdi, onları dünya arenasına çıxardı. Bütün bunlar onun UNESCO və ICESCO kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı fonunda daha aydın görünür. Bu gün Azərbaycan mədəniyyətinin bir çox nümunəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması görülən işlərin uğurlu nəticələridir.
Mehriban xanımın ad günüdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı və yorulmaz fəaliyyətində böyük uğurlar arzulayıram!



Ellada Həziyeva,
Bakl şəhər Səbail rayon Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki - Humanitar liseyin müəllimi
Вернуться назад