Rafiq Həşimov: Leksikonumuzun zənginliyini qorumaq üçün sinonimlərdən daha çox istifadə etməliyik
26-11-2025, 10:16. Разместил: heqiqet
Bunu aparıcı, ssenarist, rejissor Rafiq Həşimov deyib.
Onun sözlərinə görə, dilimizin zənginliyini sübut edən əsas mənbələrdən biri də sinonimlər lüğətidir.
“Leksikonumuz genişdir və bu zənginliyi qorumaq üçün sinonimlərdən daha çox istifadə etməliyik. Mən 1990-cı ildən etibarən efirdəyəm və aparıcı kimi fəaliyyət göstərirəm. Televiziya və radio mühitində nitqlə bağlı ciddi problemlərin mövcud olduğunu görürəm və bacardığım qədər bu sahədə dəstək olmağa çalışıram”,- deyə R.Həşimov əlavə edib.
Вернуться назад