DataLife Engine > dunya > İranın yeni ali rəhbəri bu gün sədaqət andı içəcək

İranın yeni ali rəhbəri bu gün sədaqət andı içəcək


9-03-2026, 12:52. Разместил: heqiqet Bu gün İranın yeni ali rəhbəri Müctəba Xameneinin andiçmə mərasimi keçiriləcək.

“Fars” agentliyinə istinadla xəbər verilir ki, Tehranın mərkəzindəki Azadi meydanında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Müctəba Xamenei İran Ekspertlər Şurasının qərarı ilə ölkənin yeni ali rəhbəri seçilib.

Qeyd edək ki, İranın əvvəlki ali rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də öldürülüb.
Вернуться назад