Azərbaycanı Macarıstandakı turnirdə 9 boksçu təmsil edəcək
16-03-2026, 20:50. Разместил: heqiqet
Boks Federasiyasından bildirilib ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Yığmanın heyətində rinqə Amin Məmmədzadə (55 kiloqram), Nəbi İsgəndərov, Nicat Alırzayev (hər ikisi 70 kiloqram), Abbasqulu Şadlinski (75 kiloqram), Həsən Osmanlı (80 kiloqram), Ramal Həsənli, Rauf Rəhimov (hər ikisi 85 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram) və Emili Rzayeva (60 kiloqram) çıxacaqlar.
Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Вернуться назад