Tovuzda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
7-04-2026, 23:22. Разместил: heqiqet
Hadisə rayonunun Dondar Quşçu kəndinin ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “VAZ 2107” markalı avtomobil “KİA”ya çırpılıb. Nəticədə “VAZ 2107”nin sürücüsü, rayonun Aşağı Quşçu kənd sakini, 44 yaşlı Mobil İsgəndərov xəsarət alıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад