DataLife Engine > medeniyyet > Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı


Dünən, 16:13. Разместил: heqiqet "Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır".

Bu məlumatı Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov verib.

"Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir", - deyə həkim bildirib.

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.
Вернуться назад