DataLife Engine > iqtisadiyyat > WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb

WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb


Dünən, 13:19. Разместил: heqiqet WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dayanıqlı və ekoloji məsuliyyətli mənzil sektorunun inkişafı, eləcə də rəqəmsal texnologiyaların bu sahədə rolu müzakirə olunub.

GSMA-nın (Global System for Mobile Communications Association) iqlim texnologiyaları və rəqəmsal kommunal xidmətlər üzrə baş təşviqat rəhbəri Leyla Quiçi WUF13 çərçivəsində keçirilən assambleyaların bağlanış sessiyasında çıxış edib.

O, bildirib ki, forum çərçivəsində bütün panellərdə rəqəmsal texnologiyaların müzakirəyə çıxarılması ümidverici hal olub. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar tikinti materiallarının hazırlanmasından enerji, su və tullantı idarəçiliyinə qədər bütün mərhələlərdə istifadə oluna bilər.

“Rəqəmsallaşma artıq buradadır”, – deyə o vurğulayıb.
Вернуться назад