DataLife Engine > siyaset / gundem > XXI ƏSRİN LAYİHƏSİ. YENI DÜNYA FORMATINA DOĞRU KONSEPSİYASI

XXI ƏSRİN LAYİHƏSİ. YENI DÜNYA FORMATINA DOĞRU KONSEPSİYASI


Bu gün, 11:45. Разместил: heqiqet XXI əsrin I yarısında dövlətlər arası münasibətlərdə antoqonizim zirvə səviyyəsinə çatmışdır. Miqyasına görə ən böyük, ən təhlükəli qarşıdurma Rusiya-Nato ölkələri arasındadır. Qarşıdurmanın tarixi II dünya müharibəsindən sonrakı dövrə, 1949-cu ilə, NATO-nun yarandığı tarixə təsadüf edir. “Soyuq müharibə” illərində hər iki tərəfdən rəqabət şəraitində ən müasir kütləvi qızğın silahları toplanmışdır. 24 fevral 2022-ci ildə başlamış Rusiya-Ukraina müharibəsində Rusiya-NATO qarşıdurması aktiv fazaya keçmişdir.
Avropa ittifaqına daxil olan dövlətlər, ABŞ, Kanada, Avstraliya Ukrayna üçün silah-sursat təchizatçısına çevrilməklə dolayısı ilə kuharibədə artıq tərəf kimi iştirak edirlər. Rusiya-Ukraina muharibəsi 4 lidən artıqdır ki, davam edir və sonu görünmür. Rusiya-Ukraina müharibəsi həmçinin qonşu Avropa dövlətlərinin, Skandinaviya dövlətlətinin sürətlə silahlanmasına rəvac vermişdir. Növbəti qarşıdurma İsrayil-Fələstin arasındadır. Qarşıdurmanın tarixi 1947-ci ildən başlayır. İngiltərənin prorektorantlığından azad olmuş Fələstində ərazi iddiası əsas səbəbdir. BMT-nin 1947-ci ildə qəbul etdiyi qətnaməyə əsasən bu ərazidə iki dövlət Yahudi və ərəb dövləti yaradılmalı idi. 1948-ci ildə İsrail dövləti yaradıldı. Fələstin ərəb dövləti isə hələ indiyədək yaradılmayıb. Son münaqişə 7 oktyabr 2023-cü ildə HƏMAS silahlı qruplaşmasının İsrail ərazisinə hücumu ilə başlamış, QƏZZA müharibəsi adı altında davam etməkdədir..
Hal hazırda atəşkəs rejimi hökm sürür. XXI əsərin I yarısında qlobal təhlükəsizlik üçün ən böyük təhdid “qlobal güc”lərin sifətin dövlətlərin daxili işlərinə kobud surətdə müdaxiləsidir. Biz bunu əsrin əvvəllərində görməkdəyik. 20 mart - 09aprel 2003-cü ildə ABŞ və muttəfiqləri kütləvi qırğın silahı istehsalı bəhanəsi ilə, halbuki sonradan bu təstiq olunmadı, İraqa hərbi müdaxilə edilmiş, İraq lLderi Səddam Hüseyn dar ağacından asilmaqla qətlə yetirilmişdir. 2011-ci il tarixdə Liviyada “ərəb baharı” adı altında Liviya Lideri Müəmmar Qəddafi hakimiyyəti NATO qüvvələrinin iştirakı ilə keçirilmiş əməliyyatda devrilmiş, Müəmmar Qəddafi qətlə yetirilmisdir. ABŞ-İsrail cütlüyü İrana qarşı 13-24 iyun 2025-ci il 12 günlük müharibədən nəticə çıxarmayacaq, 28 fevral 2026-ci il tarixdən İran İslam respublikasına qarşı müharibə elan etmişdir. İranın ali dini Lideri Əli Homeneyi, təhlükəsizlik şurasının katibi Əli Lari Cani, onlarla dövlət və hərbi vəzifəli şəxslər qətlə yetirilmişdir. Müharibə bu gün də davam etməkdədir..
Dövlətlər arası münasibətləri tənzimləyən beynəlxalq hüququn yetərsizliui diqqəti çəkir. İsrail-Fələstin münaqişəsini tənzimlənməsi üçün BMT-nin 1947-ci ildə qəbul etdiyi qətnamə hələ də yerinə yetirilməyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunmuş 5 qətnamə 30 ilə yaxın zaman kəsiyində həyata keçilməmiş, Azərbaycan dövləti BMT-nin nizamnaməsini əsas götürərək öz ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etmişdir.
Təkcə onu göstərmək kifayətdir ki, BMT-nin Təhlükəsizlik şurasının 2 daimi üzvü ABŞ və Rusiya hal hazırda müharibə aparır.
“Yeni Dünya düzəni” adı altında əslində nizamsızlıq nümunəsi olaraq, beynəlxalq hüquq bu dövlətlər tərəfindən məqsədli şəkildə bloklanır. Çıxış yolu hardadır? Beynəlxalq münasibətlərdəki böhranli vəziyyətdən necə qurtarmaq olar. Bəşəriyyəti gələcək kataklizmlərdən ən əsası III Dünya müharibəsindən necə xilas etmək olar.
Müharibə, münaqişə, hərbi qarşıdurmalara son qoyula bilərmi? Başqa sözlə muharibə, münaqişə, hərbi qarşıdurmalarsız dünya ola bilərmi? Müxtəlif regionlarda sosial-iqtisadi inkişafın qeyri-bərabərliyinin qarşısının alınması mümkündürmü? Başqa sözlə qlobal miqyasda yoxsulluğun tamamilə ləğv edilməsi, insanların yüksək səviyyəli həyat şəraitini təmin etmək olarmı? Ərazi iddialarını necə aradan qaldırmaq olar? Dini zəmində konfrontasiyaları aradan qaldırmaq olarmı? Milli etnik qarşıdurmaların tənzimlənməsi, ləğv edilməsi, başqa sözlə qlobal miqyasda multi kulturalizmə nail olmaq olarmı?
İlkin əlamətlərinin artıq dünyanın hər yerində hiss etdiyimiz qlobal istiləşmə effektinin qarşısı alınması mümkündürmü? Milli, iqtisadi, regional maraqların toqquşmasının qarşısını almaq olarmı? İrqçilik, millətçilik, şovinizmin təkcə deklorativ deyil, real həyatda ləğv edilməsi mümkündürmü? Beynəlxalq hüququ işlək vəziyyətə necə gətirmək olar? Milli və ümumbəşəri maraqları bərabərləşdirmək, başqa sözlə eyniləşdirmək olarmı? Müstəqillik, suverenlik saxlanılmaqla dünya dövlətlərinin inteqrasiyası mümkündürmü? Bütün bu suallara, həmçinin həlli müşkülə çevrilmiş yüzlərlə suallara bir cavab vardır. Bir dünya bir dövlət formatı şəraitində yuxarida verilən suallar öz müsbət həllini tapır. Bəs bir dünya bir dövlət formatı nə dərəcədə realdır?
Bu xüsusilə 4-cu sənaye inqilabı şəraitində mümkündür. Məlumdur ki, qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən 4-cü sənaye inqilabı fiziki, rəqəmsal,bioloji dünyaların inteqrasiyası şəraitində müxtəlif sahələrdəki texnologiyaların bir araya gəlməsi və biri-biri ilə qarşılıqlı əlaqədə olması şəraitində mümkün olmuşdur. 28 dövlətin inteqrasiyası ilə yaranmış Avropa İttifaqının təcrübəsi tarixi reallıqdır. Təbiətdə təşkil prosesində həmişə mümkün variantların ən sadəsi əsas götürülür. Görmək heç də çətin deyildir ki, bütün üstünlüklərinə rəğmən bir dünya bir dövlət formatı təşkilin ən ali forması olmaq etibarı ilə eyni zamanda ən sadəsidir.
Bir dünya bir dövlət formatının üstünlükləri:
1. Müharibə, hərbi qarşıdurmalara son qoyurur.
2. Regionların sosial-iqtisadi inkişafının qeyri-bərabərliyinin aradan qaldırılması istiqamətində işlər başlanır.
2. Savadsızlıq, yoxsulluq aradan qalxır.
4. Ərazi iddiaları tarixin arxivinə verilir.
5. Sivilizasiyaların qarşıdurması, toqquşması aradan qalxır.
6. Etnik qruplar, milli azlıqlar, xalqlar arasındakı münasibətlərdə multikulturazizm alternativsiz olaraq bərqərar olur.
7. Əslində səmavi dinlər arasında, dini dünya görüşdə antoqonist ziddiyyət olmadığından dini etiqad azadlığı şəraitində dini konfrontasiyaya son qoyulur.
8. Milli, iqtisadi, regional maraqlar tənzimlənən hala gəlir. Diferensial şəkildə araşdırılır və optimallaşdırılır.
9. Bir dünya bir dövlət şəraitində irqiçilik, millətçilik, şovinizm təkcə deklarativ deyil real həyatda ləğv edilir.
10. Bir dünya bir dövlət formatı şəraitində qanunların aliliyi daha asan təmin olunur.
Beləliklə, beynəlxalq hüquq işlək vəziyyətə gətirilir, II-li standartlar aradan qalxır.
11. Hərbi büdcəyə ehtiyac qalmır. Hər il hərbi büdcəyə ayrılan trilyonlarla vəsait sosial sahələrə yönəldilir.
12. Konversiya sənayesi yaranır.
13. Bu layihədən ən çox qazanan kiçik inkişaf etməkdə olan dövlətlər olacaq. Onların iqtisadiyyatları dünya iqtisadiyyatına inteqrasiya etməklə inkişaf edəcək.
14. Layihənin həyata keçirilməsi beynəlxalq münasibətləri köklü şəkildə dəyişdirərək yeni keyfiyyət halının formalaşmasına səbəb olacaq.
15. Bütövlükdə həyat daha maraqlı olacaq. Ümumbəşəri dəyərlərə çıxış hamılıqla əlçatan olacaq.
16. İnsanın, insanlığın missiyası həyatda öz əksini daha dolğun tapacaq.

XXI ƏSRİN LAYİHƏSİ. YENI DÜNYA FORMATINA DOĞRU KONSEPSİYASI
Məsum Kamal oğlu Əliyev
Kürdəmir rayon Karrar ASM-nin bölmə rəisi
23 iyul 2026-cı il
Вернуться назад