MÜASİR DÖVRDƏ DÜNYADA QARŞILIQLI ETİMAD MÜHİTİNİN FORMALAŞDIRILMASI ZƏRURƏTİ
Bu gün, 00:39. Разместил: heqiqet
I istiqamət daha münasib görünsə də “qlobal güc”lərin hegemonluq ambisiyaları ucbatından mümkün görünmür. Başqa sözlə, bu “güc mərkəzləri” “mənəm-mənəmlik” xəstəliyinə tutulmuşdur. Bu isə bütövlükdə layihənin taktika və strategiyasına uyğun gəlmir.
II istiqamət “çoxluqların” yoludur, ehtiyac və zərurətdən doğur. Daha sonra “qlobal güc”ləri fakt qarşısında qoyur. İlk növbədə transmilli şirkətdər dəstəklənir. Regional dövlətlər arası birgə müəssisələr yaradılır. Regionar dövlətlər arası kommunikasiya xəttləri: enerji daşıyıcılarının nəqli üçün neft, qaz kəmərləri, elektrik kabel xətləri, Fibra optik abitə xətləri, içməli su nəqli üçün kəmərlər və sairə həyata keçirilir.
Bu cəhətdən Azərbaycan respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin enerji siyasəti təqdirə layiq nümunədir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu illik nəqletmə qabiliyyəti 50 milyon tondan artıq olan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan, həmçinin Orta Asiya respublikalarında istehsal olunan neft Türkiyənin Ceyhun Limanına oradan isə istənilən istiqamətlərə yönəldilir. Bu gün Şahdəniz və digər qaz yataqlarından çıxarılan qaz Cənubi Qafqaz, TANAP və TAP boru kəmərləri ilə Avropanın 16 ölkəsinə ixrac olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev 3 may 2021-ci ildə işğaldan azad edilmiş Qarabağ nun ətrafında olan rayonları, həmçinin Azərbaycanın Naxçıvan Muxtar respublikasını “Yaşıl enerji zonası” elan etmişdir. 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq haqqında saziş imzalanmışdır. Layihədə Qara dənizin dibi ilə nəql etmək nəzərdə tutulur və layihələndirmə mərhələsindədir. Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən keçməklə elektrik xəttlərinin layihəsi artıq hazırdır.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələri əsasında dünya iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə istehsalın yüksək keyfiyyətli olmasını, həmçinin beynəlxalq əlaqələrin daha geniş arealını təmin etmək üçün mövcud reallıqdır: ənənəvi istehsalın olması, ayrı-ayrı sahələr üzrə Liderlik, xammal ehtiyatları, professional işçi qüvvəsi, coğrafi mövqe,və sairələr nəzərə alınmaqla əvvəlcə şərti, daha sonralar rəsmi olaraq istehsalın pay bölgüsünün aparılması məqsədə müvafiqdir.
Zamanın çağırışlarına müvafiq beynəlmiləl tərkibli elmi-tədqiqat mərkəzlərinin yaradılması, əgər varsa onlara beynəlxalq təşkilat statusunun verilməsi. Məsələn, ümumbəşəri dəyərlər elmi-tədqiqat mərkəzi, kosmosdan dinc məqsədlə istifadə üçün elmi-tədqiqat mərkəzi, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi elmi-tədqiqat mərkəzi, Beynəlxalq Hüququn Mühafizəsi Mərkəzi və sairə.
Belə bir deyim var. İnqilabın başlanğıcı var, sonu yoxdur. İnqilab inqilab gətirir desək səhv etmərik. Tam əminliklə demək olar ki, iqtisadi sahədə cərəyan edən 4-cü sənaye inqilabı siyasi sahəyə təsir edəcək, dövlətlərarası münasibətləri, bütövlükdə beynəlxalq münasibətləri köklü surətdə dəyişdirəcək. Bu inkişafın Labüd nəticəsi kimi görünməkdədir.
Məsum Kamal oğlu Əliyev
Kürdəmir rayonu Karrar ailə-sağlamlıq mərkəzinin bölmə müdiri
15 avqust 2026-cı il
Вернуться назад