DataLife Engine > dunya > Ərdoğanın oğlu ilə bağlı ŞOK İDDİA

Ərdoğanın oğlu ilə bağlı ŞOK İDDİA


25-05-2015, 17:23. Разместил: heqiqet Ərdoğanın oğlu ilə bağlı ŞOK İDDİA Misir mediası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın Misir vətəndaşı olduğunu iddia edib. Heqiqet.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, Bilal Ərdoğanın Misir pasportu ilə 17 dekabr hadisələri vaxtı Gürcüstana qaçması barədə məlumatlar yayılıb.
Misirin tanınmış qəzetlərindən olan “El Masri el-Youm”da yer alan xəbərdə qeyd edilir ki, B.Ərdoğana Misir vətəndaşlığı sabiq prezident Məhəmməd Mursi tərəfindən verilib. İndi isə həmin vətəndaşlığın ləğv edilməsi gündəmə gəlib.
Bu iddiaya Türkiyə rəsmilərindən hələlik rəsmi reaksiya göstərilməyib.
Qeyd edək ki, Misir mətbuatında yayılmış xəbərdə Bilal Ərdoğanın Misirin hansı şəhərində, hansı küçədə qeydiyyata düşməsi kimi detallar da yer alıb.

Вернуться назад