Ərdoğan seçkidən danışdı: “Yeni mərhələ başladı”
8-06-2015, 16:21. Разместил: heqiqet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı açıqlama verib.“Hürriyet”in yaydığı xəbərə görə, R. T. Ərdoğanın yazılı açıqlamasında bildirilir:
“Bazar günü keçirilən seçkilərin nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Seçkilərdə iştirak faizinin yüksək olması əziz millətimizin iradəsinin və demokratiya ilə bağlı qərarlılığının ifadəsidir. Millətimizin təqdiri hər şeyin üzərindədir. Nəticələrin heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun yarışa qatılmış bütün partiyalar tərəfindən rasional və real dəyərləndiriləcəyinə inanıram. Seçkidən sonra başlayan bir yeni mərhələdə ölkəmizdəki sabitlik və güvən mühitinin, demokratik nailiyyətlərin qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslığı göstərmələri, məsuliyyətli davranış sərgiləmələri böyük əhəmiyyət kəsb etməkdədir”.
Xatırladaq ki, seçkilərin nəticələrinə əsasən hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP) birənci olsa da, təkbaşına hökumət qurmaq şansını itirib.
Вернуться назад