DataLife Engine > hadise > Göygöldə 18 kiloqram narkotik müsadirə olunub

Göygöldə 18 kiloqram narkotik müsadirə olunub


29-11-2016, 10:47. Разместил: heqiqet Göygöldə 18 kiloqram narkotik müsadirə olunub Göygöl rayonunda vətəndaşdan 18 kiloqram narkotik maddə aşkar edilib.
Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balçılı kənd sakini İlqar Əliyevdən 45 qram marixuana götürülüb.
Onun evinə baxış zamanı əlavə olaraq 7 kiloqram 285 qram marixuana, 5 kiloqram 62,68 qram xaşxaş və 6 kiloqram xaşxaş toxumu, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Вернуться назад