DataLife Engine > idman > Prezident İlham Əliyev qızıl medal qazanmış taekvondoçumuzu təbrik edib

Prezident İlham Əliyev qızıl medal qazanmış taekvondoçumuzu təbrik edib


18-06-2015, 10:14. Разместил: heqiqet Prezident İlham Əliyev qızıl medal qazanmış taekvondoçumuzu təbrik edib Ayxan Tağızadə bu qələbəni Azərbaycan xalqına və prezidentinə həsr etdiyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyev “Bakı 2015” Avropa Oyunlarında qızıl medal qazanmış taekvondoçu Ayxan Tağızadəni təbrik edib.
Apasport.az saytının xəbərinə görə, A. Tağızadənin qələbəsindən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev idmançımızla telefonla danışaraq onu qələbəsi münasibətilə təbrik edib.
Prezident Ayxan Tağızadəyə gələcək yarışlarda uğurlar arzulayıb.
A. Tağızadə bu qələbəni Azərbaycan xalqına və prezidentinə həsr etdiyini bildirib.
Вернуться назад