Heqiqet.Az » tehsil » İsveçrənin tanınmış eksperti tələbələr üçün seminar keçib


İsveçrənin tanınmış eksperti tələbələr üçün seminar keçib

11-04-2017, 15:43
Çap et
İsveçrənin tanınmış eksperti tələbələr üçün seminar keçib İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark Bakı Dövlət Univeristetinin (BDU) Jurnalistika fakültəsində olub.
Universitetdən verilən məlumata görə, dekan, professor Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professir Həmid Vəliyev, fakültənin ingilisdilli qruplarının müəllimlərinin iştirakı ilə keçirilən görüşdə İsveçrə mətbuatı, ənənəvi və sosial media ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra A.Stark tələbələr üçün seminar keçib. M.Ələsgərli bildirib ki, seminar Mətbuat Şurası ilə İsveçrənin Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutur, əsasən onlayn media, media marketinqi və sosial şəbəkələr mövzusunda mühazirələr təqdim olunur.
30-a yaxın tələbənin qatıldığı seminarda ekspert A.Stark iştirakçılara yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və sair mövzularda məlumatlar verib, sualları cavablandırıb. Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.
A.Stark eyni zamanda bildirib ki, son 20 ildə internetin sürətli inkişafı nəticəsində ən çox dəyişikliyə məruz qalan sahə məhz mediadır. Buna görə də sahəyə spesifik yanaşma mütləqdir. Belə yanaşma həm də medianın IV hakimiyyət missiyası ilə əlaqədardır.
Təlimçi İsveçrədə media qurumlarına xas göstəricilərdən danışarkən vurğulayıb ki, 4 rəsmi dili olan ölkənin media palitrası da kifayət qədər zəngindir. Belə ki, İsveçrədə müxtəlif dillərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri var. 6 milli telekanal, 13 milli radio, çoxlu sayda özəl telekanallar fəaliyyət göstərir. Çap mediasına gəlincə, burada hər sahə üzrə ayrıca nəşrlərin mövcudluğu diqqət çəkir.
Reytinq: