» » Azərbaycana 5 kq-dan artıq narkotik vasitə gətirən Ukrayna vətəndaşı saxlanılıb


Azərbaycana 5 kq-dan artıq narkotik vasitə gətirən Ukrayna vətəndaşı saxlanılıb

2-07-2015, 14:10
Çap et
 Azərbaycana 5 kq-dan artıq narkotik vasitə gətirən Ukrayna vətəndaşı saxlanılıb Gömrük postunda 5 kq-dan artıq narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Ukraynadan Azərbaycana gələn Ukrayna vətəndaşı İmanov Şahin Ənvər oğlunun idarə etdiyi “ZAZ SENS” markalı, AE7402CT nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində yerləşən qaz yanacağı balonunun içərisindən ümumi xalis çəkisi 5310 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Gizlədilən narkotik vasitə 37 ədəd polietilen torbalara bükülərək üzəri yapışqanlı lentlə bərkidilmiş vəziyyətdə olub.
Faktla bağlı DGK İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Reytinq: