Heqiqet.Az » siyaset » Deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub


Deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub

30-06-2017, 19:03
Çap et
Deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub Bu gün “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, birinci oxunuşdan sonra qanunun bir sıra maddələrində ciddi dəyişikliklər edilib.
Qanunun 13-cü maddəsinin ikinci hissəsi çıxarılıb: “Referendumdan sonra deputatlarla bağlı müddəaların Konstitusiyaya əlavə edilməsi Milli Məclisdə buna dair xüsusi qanun layihəsinin hazırlanmasını zəruri edib. Biz birinci oxunuşda etik davranış pozuntusu olmayan, amma gələcəkdə onu ehtiva edəcək və digər qanunlarla tənzimlənə bilən məsələləri çıxartdıq. Amma ümumilikdə, layihə etik davranış qaydalarını əhatə edir".
Layihə səsə qoyularaq ikinci oxunuşda, daha sonra isə üçüncü oxunuşda qəbul olunub.
Reytinq: