Azərbaycan klubu erməni futbolçunu qovdu9-07-2015, 16:13
Çap et İranı təmsil edən Təbrizin "Traktorsazi" klubu erməni əsilli İran millisinin futbolçusu Andranik Teymuryanla yollarını ayırıb. 32 yaşlı futbolçu karyerasını Qətərdə davam etdirəcək. O, Qətərin yüksək liqasında çıxış edən "Umm Salal" klubu ilə müqavilə imzalayıb. Həmin klubun baş məşqçisi türkiyəli mütəxəssis Bülent Uyğundur. Qeyd edək ki, bu məşqçi hal-hazırda "Qarabağ" klubunda çıxış edən İlqar Qurbanov və Rəşad Sadıqovla Türkiyənin "Sivasspor" və eyni zamanda "Eskişəhərspor" komandalarında birgə çalışıb. 44 yaşlı mütəxəssis "Umm Salal"a 2013-cü ildən rəhbərlik edir. Nəzərinizə çatdıraq ki, Andranik Teymuryan "Traktorsazi" klubunda ilk dəfə 2010-2011-ci illərdə çıxış edib. Teymuryan azərbaycanlıların kompakt yaşadığı Təbrizin komandasına bu ilin yanvarında yenidən qayıdıb. O, ötən mövsümün son turunda "Naft Tahran"la qarşılaşmada qırmızı vərəqə alaraq, komandasının çempionluğu əldən verməsinin səbəbkarlarından olub. Bəzi mənbələr iddia edir ki, Teymuryan bilərəkdən qırmızı vərəqə alaraq komandasının məğlubiyyətində rol oynayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

İranı təmsil edən Təbrizin "Traktorsazi" klubu erməni əsilli İran millisinin futbolçusu Andranik Teymuryanla yollarını ayırıb.