Heqiqet.Az » iqtisadiyyat » Əhali əsasən hansı məhsula daha çox pul xərcləyir?


Əhali əsasən hansı məhsula daha çox pul xərcləyir?

21-08-2017, 16:23
Çap et
Əhali əsasən hansı məhsula daha çox pul xərcləyir? Bu ilin yanvar-iyul aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebelin, 5 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, pərakəndə ticarət dövriyyəsinin artımı ölkənin əksər regionlarında müşahidə olunub. Belə ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsinin həcmi Bakı şəhəri üzrə 2,3 faiz, Abşeron iqtisadi rayonu üzrə 1,5 faiz, Aran iqtisadi rayonu üzrə 1,5 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 1,4 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1,4 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,2 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1,1 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 0,7 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 0,6 faiz artıb, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 4,6 faiz azalıb. Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Qəbələ, Bərdə, Salyan, İmişli və Şamaxı rayonları üzrə pərakəndə ticarət dövriyyəsinin artım sürəti ölkə üzrə orta artım sürətindən (1,8 faiz) yüksək olub.
Reytinq: