Heqiqet.Az » tehsil » Boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb


Boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb

22-08-2017, 14:55
Çap et
Boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Reytinq: