» » Milli Məclisin yay və növbədənkənar sessiyalarında 268-ə qədər qanun və qərar qəbul olunub


Milli Məclisin yay və növbədənkənar sessiyalarında 268-ə qədər qanun və qərar qəbul olunub

2-10-2017, 15:32
Çap et
Milli Məclisin yay və növbədənkənar sessiyalarında 268-ə qədər qanun və qərar qəbul olunub Milli Məclis yay və növbədənkənar sessiyalarını uğurla başa çatdırıb. Bunu parlamentin sədri Oqtay Əsədov payız sessiyasının ilk plenar iclasında deyib.
O.Əsədov bildirib ki, dövlət başçısının uzaqgörən siyasətinin Milli Məclis səviyyəsində dəstəklənməsi üçün lazımi tədbirlər görülüb.
Spiker vurğulayıb ki, Milli Məclisin yay sessiyası və növbədənkənar iclaslarında 268-ə qədər qanun və qərar qəbul olunub: "Parlamentin üzvləri beynəlxalq tədbirlərdə fəal iştirak ediblər. Milli Məclisin xətti ilə Azərbaycanda bir sıra beynəlxaq təşkilatların tədbirləri keçirilib".
O.Əsədov Milli Məclisin payız sessiyasının da uğurla keçəcəyinə əminliyini bildirib.
Reytinq: