Heqiqet.Az » hadise » İstanbul-Bakı reysi sərnişininin çantasından "beşbarmaq" tapılıb


İstanbul-Bakı reysi sərnişininin çantasından "beşbarmaq" tapılıb

18-10-2017, 11:38
Çap et
İstanbul-Bakı reysi sərnişininin çantasından "beşbarmaq" tapılıb Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.
Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: