Millimiz FİFA reytinqində irəliləyəcək15-11-2017, 13:36
Çap et ![]() Noyabra təsadüf edən “pəncərə”də heç bir qarşılaşmaya çıxmayan yığmamız oynamadan əmsalını artırıb. Oktyabrda açıqlanan cədvəldə hesabında 272 xal olan komandamızın qazancı 9 xaldı. Yəni yeni cədvəldə aktivimizdə 281 xal olacaq. Bu, gələn həftə açıqlanacaq siyahıda komandamızın irəliləməsi üçün yetərli olmasa da, Tacikistan – Yəmən qarşılaşması millimizin işinə yarayıb. Belə ki, Asiya kubokunun seçmə oyunu qolsuz nəticələnib. Bu üzdən də ötən ay 112-ci olan Yəmən itki ilə üzləşib. Xal hesabı 297-dən 268-ə enən asiyalılar millimizdən geri düşüb. Tacikistanın evdə uduzmaması isə komandamızın irəliləməsinə kömək olub. Çünki yəmənlilər qalib gəlsəydi, aktivi 323-ə bərabər olacaqdı. Amma onların itirdiyi 19 xal millimizi 114-cü yerə daşıyacaq. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|