» » Qətər Çinlə gizli hərbi saziş bağlayıb


Qətər Çinlə gizli hərbi saziş bağlayıb

26-12-2017, 15:55
Çap et
Qətər Çinlə gizli hərbi saziş bağlayıb Qətər rəhbərliyi Çindən "SY-400" tipli yaylım atəşli reaktiv sistemləri alıb. Bu barədə "The National İnterest" məlumat yayıb.
Yeni raket qurğusu dekabrın 16-də Dohada keçirilən hərbi paradda ictimaiyyətə təqdim olunub.
Çin istehsalı olan "SY-400" reaktiv sistemini ilk dəfə ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun elmi işçisi Cozef Dempsi görüb.
Reaktiv sistemə "BP-12A" raketləri də daxildir və qurğu 500 kiloqram çəkini 300 kilometr daşıya biləcək gücə malikdir. Bu sistem Rusiyanın "İsgəndər-E" raketlərinə alternativ sayılır.
Reytinq: