» » Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? - Rəsmi açıqlama


Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? - Rəsmi açıqlama

18-01-2018, 13:41
Çap et
Suçiçəyinə qarşı KÜTLƏVİ PEYVƏNDLƏMƏ tətbiq ediləcək? - Rəsmi açıqlama “Ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır”.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma hadisələrinin sayında artım müşahidə edilmir:
“Bu xəstəliklə bağlı vəziyyət stabildir. Suçiçəyi Azərbaycanda peyvəndlə idarəolunmayan xəstəliklər qrupuna aiddir. Çünki biz hələ ki, Azərbaycanda o xəstəliyə qarşı peyvənd tətbiq etməmişik. Peyvəndlər daha aktual, daha vacib olan xəstəliklərə qarşı edilir. Suçiçəyi ağır keçməyən xəstəlikdir”.
Reytinq: