Heqiqet.Az » siyaset » Zakir Həsənov Belarusa səfər edəcək


Zakir Həsənov Belarusa səfər edəcək

20-02-2018, 13:01
Çap et
Zakir Həsənov Belarusa səfər edəcək Azərbaycanın müdafiə naziri Belarusa işgüzar səfər edəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.
İşgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.
Reytinq: