Heqiqet.Az » siyaset » Millət vəkili: Aprel döyüşləri göstərdi ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək


Millət vəkili: Aprel döyüşləri göstərdi ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək

2-04-2018, 15:41
Çap et
Millət vəkili: Aprel döyüşləri göstərdi ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək Aprel döyüşləri Azərbaycanın zəfər tarixidir. Bu barədə millət vəkili Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan ordusu bu döyüşdə ermənilərə öz gücünü nümayiş etdirdi və ermənilərin xülyalarını məhv etdi:
"1992-ci ildən etibarən torpaqlarımız işğal ediləndən sonra ermənilərdə belə bir fikir formalaşmışdı ki, Azərbaycan Ordusu ermənilərə qarşı döyüşmək iqtidarında deyil. Amma 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgəri ermənilərin bu fikrini darmadağın etdi və onlara Azərbaycanın gücünü göstərdi. Aprel döyüşlərində Azərbaycan əsgəri işğal altında olan bir neçə yüksəkliyi qısa müddətdə ermənilərdən azad etməklə bütün dünyaya sübut etdi ki, Azərbaycan istənilən vaxt torpaqlarını işğaldan azad etməyə qadirdir, lakin biz münaqişənin sülh yolu ilə həllini istəyirik".
A.Hüseynov əlavə edib ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünü və əzmini göstərdi, Azərbaycan əsgərinin vətənpərvərliyini bir daha sübuta yetirdi və Azərbaycan dövlətinin Qarabağ məsələsində prinsipial mövqeyini bir daha nümayiş etdirdi: "Aprel döyüşləri Azərbaycan tarixinə şanlı bir səhifə yazdı. Bu döyüşlərin nəticəsi dünyaya çatdırdı ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək və istənilən halda öz torpaqlarını azad edəcək".
Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 2 il ötür. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.
Reytinq: