» » Qəndin içində həbsxanaya narkotik keçirdi, tutuldu


Qəndin içində həbsxanaya narkotik keçirdi, tutuldu

27-04-2018, 14:39
Çap et
Qəndin içində həbsxanaya narkotik keçirdi, tutuldu Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədov Vaqif İsmayıl oğluna qonşusu Mingəçevir şəhər sakini Əlimirzəyev Bəhanət Qurban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qəndin içərisində xüsusi üsulla gizlədilmiş 0,078 qram narkotik maddə - metadon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: