Heqiqet.Az » siyaset » Prezident İlham Əliyev: "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var


Prezident İlham Əliyev: "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var

23-10-2018, 13:03
Çap et
Prezident İlham Əliyev: "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.
Bunu Prezident İlham Əliyev oktyabrın 22-də İmişliyə səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir.
İlham Əliyev vurğulayıb ki, “ASAN” bizim milli brenddir: “Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var”.
Reytinq: