Heqiqet.Az » medeniyyet » Türkiyənin "Müsafir filmi" beynəlxalq film festivalında


Türkiyənin "Müsafir filmi" beynəlxalq film festivalında

13-08-2015, 15:17
Çap et
Türkiyənin "Müsafir filmi" beynəlxalq film festivalında Bakı, 13 avqust, Ceyhun Alışov, AZƏRTAC
Türkiyəli rejissor Məhməd Əryılmazın müəllifi olduğu yeni çəkilmiş "Müsafir" filminin 36-cı Monreal Dünya Film Festivalında premyerası olacaq.
AZƏRTAC "Əlcəzirə türk" telekanalının saytına istinadla xəbər verir ki, festivala təqdim olunan 9 film arasından seçilən "Müsafir" filmi dünya kino yarışması bölümündə yarışacaq.
Qeyd edək ki, çoxmetrajlı "Müsafir" filmi ailə-məişət mövzusunda çəkilib. Dünyanın kino rejissorlarının və kino mütəxəssislərinin səbirsizliklə gözlədiyi bu festival ən böyük festivallardan hesab edilir.
Avqustun 27-dən sentyabrın 7-dək davam edəcək festivalda Türkiyə filmləri ilə yanaşı, bir sıra ölkələrin də ekran əsərlərinin premyerası gözlənilir.
Reytinq: