Heqiqet.Az » dunya » İstanbulda vertolyot binaların arasına düşdü: 4 hərbçi ölüb


İstanbulda vertolyot binaların arasına düşdü: 4 hərbçi ölüb

26-11-2018, 14:04
Çap et
İstanbulda vertolyot binaların arasına düşdü: 4 hərbçi ölüb İstanbulun Sancaqtəpə rayonunda hərbi vertolyot binaların arasına düşüb.
Hadisə nəticəsində 4 hərbçi ölüb, 1-i yaralanıb.
Sancaqtəpə bələdiyyəsinin sədri İsmayıl Erdem vertolyotun təlim uçuşu üçün havaya qalxdığını, yaxınlıqda hərbi hissənin olduğunu bildirib.
12:38
İstanbulun Sancaqtəpə rayonunda hərbi vertolyot qəzaya uğrayıb.
Trend-in məlumatına görə, vertolyot yaşayış məntəqəsinə düşüb. Üç hərbçinin həlak olduğu bildirilir.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib.
Hadisənin səbəbləri araşdırılır.
Reytinq: