Heqiqet.Az » dunya » Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı


Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

18-08-2015, 12:02
Çap et
Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı İndoneziyanın Papua vilayətində qəzaya uğrayan ATR 42-300 təyyarəsinin qalıqları tapılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanları təyyarənin hava limanına enməyə 10 dəqiqə qalmış Oksibil şəhəri yaxınlığında qəzaya uğradığını bildirib.
“Trigana Air” aviaşirkətinə məxsus, göyərtəsində 54 sərnişin və ekipaj heyəti olan təyyarə avqustun 16-da yoxa çıxmışdır.
Hazırda təyyarənin qalıqlarının tapılması üzrə əməliyyat davam edir. Əməliyyatda 100-dək mütəxəssisin iştirak etdiyi bildirilir.
Reytinq: