Heqiqet.Az » dunya » Ərdoğan Maduroya zəng etdi


Ərdoğan Maduroya zəng etdi

8-01-2019, 11:06
Çap et
Ərdoğan Maduroya zəng etdi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub.
Türkiyə mediası xəbər verir ki, tərəflər telefon danışığı zamanı ölkələr arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan Venesuela prezidentinin andiçmə mərasimində sıx iş qrafiki səbəbindən iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.
T.Ərdoğan əlavə edib ki, Türkiyəni mərasimdə ölkənin vitse-prezidenti Fuat Oktay təmsil edəcək.
Türkiyə lideri həmçinin vurğulayıb ki, Türkiyə Venesuelada sabitlik, sülh və rifahın təmin edilməsinə böyük əhəmiyyət verir.
Reytinq: