Baş məşqçiliyi 18 gün çəkdi5-02-2019, 11:26
Çap et Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının cinah oyunçusu Ozan Can Kökçünün formasını geyindiyi Türkiyənin "Giresunspor” klubu baş məşqçi Ümit Özatla yollarını ayırıb. 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Türkiyə millisinin və "Fənərbağça”nın sabiq futbolçusu olan Özatın "Giresunspor” karyerası 18 gün sürüb. O, qısa müddətdə komandanı I liqada 3 oyuna çıxarıb və 2 xal qazanıb. Qeyd edək ki, "Giresunspor” 21 xalla 13-cü pillədə qərarlaşıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
