Heqiqet.Az » idman » Yeniyetmə güləşçilərimizdən Dünya çempionatında üçüncü bürünc medal


Yeniyetmə güləşçilərimizdən Dünya çempionatında üçüncü bürünc medal

26-08-2015, 15:41
Çap et
Yeniyetmə güləşçilərimizdən Dünya çempionatında üçüncü bürünc medal Xancavad Məcidzadə yeniyetmə güləçilər arasında Dünya çempionatında bürünc medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışır. Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məhəmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edir.
İlk yarış günündə 50, 54, 58, 63 və 100 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.
50 kq çəki dərəcəsində mübarizə aparan Xancavad Məcidzadə Hindistan və Ukraynadan olan rəqiblərini üstələsə də, 1/4 finalda Rusiya təmsilçisinə uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz bürünc medal şansı əldə edib. Əvvəlcə Serbiya güləşçisini təsəlliverici görüşdə mübarizədən kənarlaşdıran Xancavad, həlledici görüşdə İran idmançısı ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da, xalların keyfiyyətinə görə güləşçimiz rəqibdən üstün olub və Dünya çempionatının bürünc medalına yiyələnib.
50 kq
1/16 final - Xancavad Məcidzadə - Maniş Maniş (İND) 4:1
1/8 final - Xancavad Məcidzadə - Oleksi Masik (UKR) 10:1
1/4 final - Emin Seferşaev (RUS) - Xancavad Məcidzadə 19:11
Təsəlliverici görüş - Sebastian Kolombar (SRB) - Xancavad Məcidzadə 0:12 (təmiz qələbə)
Bürünc medal görüşü - Xancavad Məcidzadə - Mehdi Nejad (İRİ) 5*:5
54 kq
1/16 final - Elvin Mustafayev - Adam Katona (SRB) 8:0
1/8 final - Mohammad Moxtari (İRİ) - Elvin Mustafayev 2*:2
58 kq
1/16 final - Sanfilippo İqnazio (İTA) - Məhəmmədəli Həsənov 0:8
1/8 final - Taymuraz Kablahov (RUS) - Məhəmmədəli Həsənov 9:6
63 kq
1/16 final - Titas Kersevicius (LTU) - Ramin Cəfərov 3:0
100 kq
1/8 final - Camal Feyziyev - Lenard İstvan Berei (ROU) 8:4 (təmiz qələbə)
1/4 final - Patrik Kaminski (POL) - Camal Feyziyev 10:0
Xatırladaq ki, 4-9 avqust tarixlərində Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçilərimiz 1 qızıl (Camal Feyziyev (100kq)) və 2 bürünc (Zaur Nuriyev (46 kq) və Ülvi Qənizadə (69 kq)) medal qazanaraq komanda hesabında 4-cü sırada qərarlaşıb.
Reytinq: