Qubada iki maşın toqquşub, 3 nəfər xəsarət alıb31-08-2015, 18:01
Çap et ![]() APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun, Quba rayonun Vladimirovka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 21 07” markalı nəqliyyat vasitəsilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər - Quba rayonu, Əlibəyqışlaq kənd sakinləri - 1956-cı il təvəllüdlü Əyyubov Sabir Tahir oğlu, 1957-ci il təvəllüdlü Əyyubova Hənifə Məmmədağa qızı və 1967-ci il təvəllüdlü Əliyeva Yəmən Məmmədağa qızı ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|