Heqiqet.Az » siyaset » MİLLİ MƏCLİSDƏ GÖRÜŞ


MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

11-06-2020, 07:35
Çap et
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Dünən Milli Məclisin Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatası və Senatının Braziliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının rəhbərləri arasında videokonfrans formatında görüş keçirildi.
Müşfiq Məmmədli həmkarlarını salamlayaraq ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Bildirildi ki, Braziliya dünyanın ən sürətli inkişaf edən ölkələrdən biridir.Ölkəmiz Braziliya ilə münasibətlərin inkişafında maraqlıdır və bunun üçün kifayət qədər böyük potensial var. Deputat bildirdi ki, parlamentlər səviyyəsində əlaqələrimizindərinləşməsində hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Qeyd edildi ki, deputatların qarşılıqlı səfərləri əməkdaşlığı yeni mərhələyə qaldırılmasında mühüm rol oynaya bilər.
Müşfiq Məmmədli videokonfransdahal-hazırda dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verdi. Nəzərə çatdırıldı ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevinin təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verdi. Hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir.Azərbaycanda əhali sayına düşən həm yoluxma göstəricisi, həm də koronavirusdan ölüm sayı digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır, dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib.
Sonra Braziliya Milli Konqresi Federal Senatının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Antonio Anastasiya, səmimi görüş üçün minnətdarlığını bildirdi,Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin Braziliya tərəfindən yüksək qarşılandığını diqqətə çatdırdı. O,parlament dostluq qruplarının fəaliyyətindən söz açdı, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacib olduğunu vurğuladı. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparıldı.
VideokonfransdaSenatın Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri KladioKajado, Braziliya Respublikasının Azərbaycandakı səfiri ManuelMonteneqro, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovəməkdaşlığımızınsiyasi, iqtisadi, humanitar əhəmiyyətini yüksək qiymətləndirdilər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Reytinq: