» » Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb


Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb

17-08-2020, 10:51
Çap et
Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb Hindistanın cənubundakı Kerala əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb. Bu barədə "The Hindu" qəzeti məlumat yayıb.
Sürüşmə qurbanlarının əksəriyyəti çay plantasiyalarının işçiləri olub. Bölgədə yağış və güclü dumanda itkin düşənlərin xilasetmə və axtarış işləri davam edir.
Ştatın baş naziri Pinaraya Vijayanın sözlərinə görə, hakimiyyət zərər çəkənlərə yardım göstərib və torpaq sürüşməsi nəticəsində dağılmış yaşayış məntəqələrinin sakinləri üçün müvəqqəti düşərgələr salınıb.
Reytinq: