Heqiqet.Az » hadise » Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb


Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb

10-02-2021, 08:03
Çap et
Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb Fevralın 9-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Reytinq: