» » Prezident və birinci xanım Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar


Prezident və birinci xanım Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar

15-02-2021, 09:59
Çap et
Prezident və birinci xanım Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfərlərin görüntülərini paylaşıb:
"Əziz həmvətənlər! İşğaldan azad olunmuş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyimiz səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram".
Reytinq: