Heqiqet.Az » sou » "Uzun paltar geyinib özlərini satırlar" - Səidə onların SİRRİNİ AÇDI - VİDEO


"Uzun paltar geyinib özlərini satırlar" - Səidə onların SİRRİNİ AÇDI - VİDEO

5-03-2021, 06:34
Çap et
"Uzun paltar geyinib özlərini satırlar" - Səidə onların SİRRİNİ AÇDI - VİDEO Müğənni Səidə Sultan şəxsi həyatından danışıb.
“Günə bir şou” verilişinə qonaq olan ifaçı bu sözləri deyib:
“Mən yaxşı evdar xanımam. Evdarlıqda çox yaxşıyam. Bacardığım işlər var. Məsələn mən kütlə ilə birgə gedən adam deyiləm. Bu mənə bəzən çətinlik yaradır. Mənə deyirlər ki, ailə qur. Əgər mən ailə qurmağı fikirləşirəmsə, bu gün bura uzun geyinib gəlməli idim. Qısa geyinirəmsə, demək ki, ailə fikirləşmirəm. Bizdə Azərbaycanda özünü uzun paltarla satırsan. Uzun geyinib özlərini abırlı qız kimi təqdim edirlər. Qeyrət insanın içində olmalıdır. Məni özüm kimi qəbul edən olsa, ailə quraram. Mən kiməsə görə dəyişən adam deyiləm”.
Reytinq: