Heqiqet.Az » dunya » Süveyş kanalında xeyli sayda iri və kiçik buynuzlu heyvanların olduğu gəmilər tıxacda qalıb


Süveyş kanalında xeyli sayda iri və kiçik buynuzlu heyvanların olduğu gəmilər tıxacda qalıb

30-03-2021, 07:02
Çap et
Süveyş kanalında xeyli sayda iri və kiçik buynuzlu heyvanların olduğu gəmilər tıxacda qalıb Süveyş kanalının bloklanmasına görə 60,4 min qoyun və 421 inək olan beş gəmi altı gün tıxacda dayanıb.
Bu barədə Misir Kənd Təsərrüfatı və Meliorasiya Nazirliyi bildirib.
Məlumata əsasən, canlı heyvanların olduğu gəmilər İspaniya və Rumıniyadan Səudiyyə Ərəbistan istiqamətində gedib.
Nazir Əl-Səyyid əl-Quseyr qeyd edib ki, beş gəminin hamısında heyvan sağlamlığının ümumi vəziyyəti yaxşıdır, epidemiya və ya yoluxucu xəstəlik əlamətləri yoxdur.
Onlara 190 ton yem və 120 ton su verilib.
Reytinq: