Heqiqet.Az » siyaset » Qərbdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır - ukraynalı ekspert


Qərbdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır - ukraynalı ekspert

12-04-2021, 07:25
Çap et
Qərbdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır - ukraynalı ekspert Digər ölkələr Ermənistanın Azərbaycana minalanmış ərazi xəritələrini verməkdən imtina etməsi məsələsini Qərbdə qaldırmalıdır.
Bu barədə Ukrayna "Kiyev-Mogilyov Akademiyası" Milli Universitetinin professoru Taras Kuzio bildirib.
O vurğulayıb ki, indi minaların partlamasından ölən insanlar hərbi deyil, mülki insanlardır və bunların üçdə biri uşaqlardır.
Professor ermənilərin iki dəfə mina qoyduğunu qeyd edib: ilk dəfə bunu işğal dövründə, ikinci dəfə isə azad edilmiş torpaqları tərk edən zaman: "Onlar qəsdən məcburi köçkünlərin geri qayıda bilməmələri üçün şərait yaratmaq istəyirdilər".
"Onlar bunu məğlubiyyətə görə qəzəbdən ediblər" - dəyə professor əlavə edib.
Reytinq: