» » “WhatsApp”da ciddi boşluq: DİQQƏTLİ OLUN!


“WhatsApp”da ciddi boşluq: DİQQƏTLİ OLUN!

13-04-2021, 09:59
Çap et
“WhatsApp”da ciddi boşluq: DİQQƏTLİ OLUN! “WhatsApp” messencerində xoşagəlməz boşluq aşkar edilib.
Yaranan problem səbəbindən hətta blokladığınız istifadəçilər belə statusunuza baxa bilər.
Bu, kontakt siyahısında olmayan nömrələr üçün də keçərlidir.
İstifadəçilər bir-birinin statusa baxmaq üçün həmsöhbətin nömrəsini öz smartfonunda saxlamalıdır. Ancaq hazırda həmsöhbətin nömrəsini öz telefonunda saxlayıb-saxlamadığından asılı olmayaraq, istənilən şəxs statusa baxa bilər.
Qeyd edək ki, “WhatsApp” rəsmiləri hələlik sözügedən problemlə bağlı şərh verməyib.
Reytinq: