» » Müqəddəs Ramazan ayı başladı


Müqəddəs Ramazan ayı başladı

14-04-2021, 09:48
Çap et
Müqəddəs Ramazan ayı başladı Bu gün, aprelin 14-i müqəddəs Ramazan ayının ilk günüdür.
Bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edib.
Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.
Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.
Şəvval ayının 1-i (13 may) Fitr bayramıdır!
Reytinq: