» » Bu peyvəndin trombozla əlaqəsi yox imiş: QƏRAR LƏĞV EDİLDİ


Bu peyvəndin trombozla əlaqəsi yox imiş: QƏRAR LƏĞV EDİLDİ

15-04-2021, 09:31
Çap et
Bu peyvəndin trombozla əlaqəsi yox imiş: QƏRAR LƏĞV EDİLDİ ABŞ-da “Johnson & Johnson” şirkətinin istehsalı olan “Janssen” peyvəndinə qoyulmuş qadağa ləğv edilib
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisləri bu barədə qərar qəbul edib.
Qeyd edilib ki, sözügedən peyvəndlə tromboz (damarlarda qanın laxtalanması) halları arasında mümkün bir əlaqə haqqında kifayət qədər məlumat aşkar olunmayıb.
Dəqiq tarix göstərilməsə də bununla bağlı bir həftə ərzində yeni tövsiyələr hazırlamaq üçün yenidən toplantı keçirmək planlaşdırılıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ilə Sağlamlıq və İnsan Xidmətləri Nazirliyi tərəfindən “Janssen” peyvəndindən istifadə dayandırılmışdı. Buna səbəb ölkədə bu peyvəndən istifadə edən qadınların 18-48 yaş arasındakı qrupunda 6-13 gün sonra altı laxtalanma hadisənin baş verməsi idi. Ümumilikdə isə ABŞ-da “Janssen”dən 6.8 milyon insanın istifadə etdiyi bildirilir.
Reytinq: